Eslinde renglerin cinsi heyata tesiri qedim zamanlardan beri insanlara melumdur. Meselen, Hindistandakı ilk dini merkezlerde renglerin xüsusiyyetini ve insana tesirini araşdırmaq üçün illerle vaxt serf edirlermiş. Hemin vaxtlarda benövşeyi rengin qadınların hormonlarını, qırmızının ise kişinin cinsi orqanlarını herekete getirdiyine inanılıb.
---
Qedim zamanlarda seks yoqası deyilen xüsusi bir yoqa növü de mövcud olub. Seks yoqasına hazırlaşanlar 'temizlenme' adı verilen merhele zamanı renglerden istifade edibler.
---
Yoqa felsefesine göre, insan bedenindeki yeddi enerji merkezi, yeni çaxra, yeddi rengle uyğunluq teşkil edir.
---
Onurğa sümüyünün ucunda yerleşen çaxra qırmızı, göbeyin iki barmaq altındakı çaxra narıncı, sine qefesinin altındakı güneş çaxrası sarı, üreyimizin olduğu yerdeki çaxra yaşıl, boğazımızdakı çaxra mavi, alınımızın ortasındakı çaxra göy ve nehayet, başımızın ortasındakı çaxra benövşeyi rengdedir.
---
Hansı rengler seks heyatınızı daha ehtiraslı edir
---
Renglerin seks heyatına tesiri aparılan araşdırmalar sayesinde elmi şekilde tesdiq edilib.
---
Bes göresen, hansı reng daha çox sevişmeye vadar edir ve ya eksine ehtirası söndürür?
---
Renglerin cinsi heyata nece tesir etdiyini öyreneceksiniz.
---
Yataq otağının rengi ehtirasa getirir
---
Renglerle seks arasındakı elaqeni araşdıran başqa bir qrup alim ise çox maraqlı neticeler elde edibler. Bele ki, yataq otağında istifade edilen esas rengin cütlüklerin hefte erzinde seksle neçe defe meşğul olacaqlarına tesiri öyrenilib.
---
'QaraQan.az' adlı saytda yayımlanan araşdırmaya göre, meselen, yataq otağının divarları benövşeyi rengdedirse, hemin cütlük seksle daha çox meşğul olacaq. Benövşeyi reng seks isteyini artırır. 2 min adamın iştirakıyla baş tutan araşdırma yataq örtüyünün de cinsi isteye tesir etdiyini üze çıxarıb. Yeni ister otağın divarlarında, ister yorğan-döşek destinde, isterse de otaqda istifade edilen eşya ve aksessuarlarda benövşeyi renge üstünlük vererek daha keyfiyyetli seks heyatı yaşamaq mümkündür.
---
Yataq otağında benövşeyi renge üstünlük veren cütlükler heftede orta hesabla 3 defe sevişirler.
---
Qırmızı ve mavi rengin de ehtirası yükseltdiyi melumdur. Araşdırma gösterib ki, yataq otağını qırmızı renge boyayanlar heftede 2, mavi rengi seçenler ise bir defe seksle meşğul olurlar. Boz ise ehtirasa ve seks heyatına menfi tesir eden bir reng kimi yadda qalıb. Bele ki, yataq otağının divarları boz rengde olanların heftede 1 defe, o da çox qısa çeken cinsi münasibetde olduqları ortaya çıxıb.
---
Qırmızı reng seksuallıq simvoludur
---
İngilterede psixoloqların apardıqları araşdırma da çox maraqlı şekilde neticelenib. Universitet telebelerinin iştirakı ile aparılan araşdırma qadınların geyimde seçdikleri renglerin kişilere nece tesir etdiyi müeyyenleşdirib. Melum olub ki, kişiler ilk görüşmeye gelerken qırmızı reng paltar geyinen qadınların seks mövzusunda daha cesaretli olduqlarını düşünürler.
---
Yaşları 18-21 arasında deyişen kişiler ilk görüşe qırmızı rengde paltarla gelen qızlarla görüşden sonra seksle meşğul olma ehtimalının çox olduğunu sanırlar.
---
'İctimai psixologiya gündeliyi' adlı jurnalda neşr olunan araşdırma belelikle, kişilerin en çox qırmızı rengde geyinen qadınları cazibedar hesab etdiklerini ortaya çıxarıb.
---
Kişilerin qadına seksuallıq bexş etdiyini düşündükleri diger rengler ise ağ, mavi ve yaşıldır.
---
Rengini söyle, cinsi heyatını öyren
---
Seksopatoloq Gökçen erdoğan insanların sevdikleri renglerin onların seks heyatının esas cizgilerini müeyyenleşdirdiyini bildirir. Bele ki, seçdiyiniz reng yataqda nece bir performansa sahib olduğunuzu ve nelerden xoşlandığınızı ortaya çıxarır.
---
Belelikle, partnyorunuzun sevdiyi rengi bilseniz, onun yataqda neler arzu etdiyini de öyrenmiş olacaqsınız. Bu da daha temin edici ve xoşbext seks heyatının başlanğıcı olacaq.
---
Ağ Saflıq, temizlik remzi olan ağ rengi seven şexslerin seks heyatında sabitlik ve monotonluq hökm sürür. Ağ rengi sevenler seksde tecrübesiz ve utancaq olurlar. Meselen, sevişerken mütleq işıqları söndürürler, partnyorlarının yanında çılpaq gezmirler ve ya yorğan altında sevişmeye üstünlük verirler. Yataqda sanki vezife icra edirmiş kimi davranırlar. İşleri bitdikden sonra arxalarını çevirib yatırlar. Onlardan yataqda romantika gözlemek ebesdir. Ancaq temizliye çox fikir verirler. Yuyunmadan yatağa girmirler.
---
Boz Boz diqqet çekmeyen, xüsusi bir özelliyi olmayan, ağla qaranın arasında qalmış bir rengdir. Ele boz rengi sevenler de bu rengin xüsusiyyetlerini daşıyırlar. Yeni, ne zaman ne edeceklerini önceden texmin etmek çetindir.
---
Eger uyğun şerait varsa ve xoş ehval ruhiyyededirse, onun seks performansı sizi teeccüblendire biler. Bezen sanki seksden heç zövq almadığını hiss etdiyiniz bu tip insanlar, bezen de heyatdakı tek meqsedi seksle meşğul olan insan teessüratı oyandıra bilirler.
---
Mavi Evine, heyat yoldaşına vefalıdır. Olduqca romantikdir. Seks zamanı incitmemeye ve zövq vermeye diqqetle yanaşır. Ön sevişmenin uzun müddet davam etmesine çalışır. Seks zamanı özünden çox partnyorunu düşünür. Mavi rengi sevenlerin seks heyatı xoşbext hesab edile biler. Bu, onların evliliklerinde de eks olunur. Bele ki, mavi rengi sevenlerin boşanma ehtimalı çox az olur. Onlar üçün seksuallıq esas mesele deyil, daha çox sevgi, şefqet ve bağlılıq hisslerine ehemiyyet verirler.
---
Qehveyi Heyatda gücsüzlük simvolu olan bu reng geyşa ruhlu insanlara uyğundur. Qehveyi rengi sevenler yataqda partnyorundan emr almaqdan ve deyilenlere emel etmekden hezz alırlar. Xoşlandığı insanı xoşbext edende özünü yaxşı hiss edir. Sözler ona çox tesir edir. Onu şövqe getirmek üçün tez-tez hereketlerini tesdiq eden sözler demek lazımdır. Romantikaya önem verir. Sevişmediyi zamanlarda el-ele tutmağa, qucaqlaşmağa, sevdiyi şexsin qoxusunu hiss etmeye çalışır. esla arxasını çevirib yatmaz.
---
Narıncı Cinsi heyatda fantaziyalarından behrelenmeyi xoşlayır. Duyğularını açıq şekilde dile getirir. Her sevişmenin yadda qalmasını isteyir. Ona göre de her defe ferqli üsullara, qeyri-adi pozalara meyil edir. Xeyanet etmeye meyillidirler. Ferqliliyi xoşladıqları üçün tez-tez partnyor deyişdirmek onlar üçün adi haldır. Seks zamanı danışmağı sevirler. Sert seksden zövq alırlar.
---
Qara Gerçek heyatda dominant xarakterin, gücün simvolu olan qara reng cinsi heyatda da şehvetin rengidir. Sado-mazo elaqelere meyilli olan insanların sevdikleri rengdir. en çox qehveyi rengi sevenlerle yola gede bilirler. Özlerine serhed qoymurlar. Yer, zaman, mekan ferqi qoymadan seksle meşğul ola bilerler. Yataqda sertdir ve istediyini elde etmeye can atır. Gündelik heyatda ise yumşaq ve mülayimdir. Hetta bu insanlar o qeder semimi ve istiqanlıdırlar ki, onların yataqda sert ola bileceyi heç kimin ağlına bele gelmez.
---
Sarı Sarı rengi sevenler mükemmellik axtarışında olurlar. Onlar üçün en uyğun zaman, mekan ve partnyor olmadıqca cinsi elaqeye girmeyi düşünmürler. Hetta toy gününe kimi bakireliyini ve ya bakirliyini qoruyub saxlayanların sarı rengi sevenler arasından çıxdığı deyilir. Onlar esla seks istediklerini büruze vermezler. Hemişe ilk addımı qarşı terefin atmasını gözleyerler. Çox vaxt ehtirasları sönük olur ve sekse hevessiz başlayırlar. Ancaq neticenin mükemmel olması üçün ellerinden geleni edirler.
---
Yaşıl Sadiq ve vefalı insanlardılar. Partnyorunuz yaşıl rengi sevirse, ondan şübhelenmeyinize gerek yoxdur. Bu rengi adeten, temiz, saf, mesum insanlar xoşlayırlar. Partnyoruna güvener, her işde sadeliye üstünlük verer. Partnyorunu yataqda hakimiyyeti ele keçirmesinden xoşlanar. Gözel qoxular onların ağıllarını başlarından alır.
---
Qırmızı Şehvet ve ehtirasin rengidir. Bu rengi sevenler bütün gün seks haqqında düşünürler. İstedikleri her kesi seksle meşğul olmağa razı sala bilerler. Çox qısqancdırlar, eşq üçün neinki mübahise etmekden çekinmirler, hetta müharibe de elan ede bilerler. Partnyorlarından 'yox' cavabı almaq onların ehtirasını söndürmür. İstediklerini elde edene kimi tekidlerine davam ederler. Yeniliklere açıqdır ve bu mövzuda hemişe axtarış içerisindedir. Özünü seks mövzusunda çerçivelere salmır. Partnyorunu çaşdırmağı ve ehtirasa getirmeyi bacarır.
---
Benövşeyi Qırmızı kimi benövşeyi de insana tesir ederek ehtiras hissini artırır. Bu rengi sevenler sadece yataqda deyil, işde, evde, ictimai heyatda da daim uğurlar elde edirler. Hem hezz almağın, hem de hezz vermeyin en ince nüanslarına beleddirler. Partnyorunu xoşbext etmek onun esas meqsedidir. Bu insanları ideal adlandırmaq olar.

Gozel.Az