Prezervativ rezin materialdan (adeten, lateksden) hazırlanmış nazik, elastik ve keçiriciliyi olmayan kisecikdir. Cinsi elaqe zamanı kondom kişi cinsiyyet üzvüne taxılır. Qadının hamile qalmaması üçün kişiler her cinsi elaqe zamanı kondomdan istifade etmelidirler. Her il dünyada texminen 5 000 000 000 eded prezervativ satılır. Onun 100-den artıq növü var. İstehsal olunan bütün prezervativlerin texminen 40-70%-ni qadınlar alır. Prezervativ hem hamilelikden, hem de Cinsi Yolla Yoluxan İnfeksiyalardan ve HİV/AİDS (SPİD)-den qoruyan yegane üsuldur.
---
.
----
Kişi prezervativlerı ne derecede effektivdir?

eger her hansısa cinsi elaqe zamanı kondomdan istifade olunarsa, onlar hem hamileliyin, hem de Cinsi Yolla Yoluxan İnfeksiyaların ve HİV (SPİD)-in qarşısının alınmasında yüksek derecede effekivdir. Her cinsi elaqe zamanı yeni kondomdan istifade olunmalıdır. Hetta qorunmamış bir cinsi elaqe hamilelik ve ya Cinsi Yolla Yoluxan İnfeksiyalar ve HİV-e yoluxma ile neticelene biler.
---
Kişi prezervativlerının hansı üstünlükleri var?

Hem hamilelikden, hem de Cinsi Yolla Yoluxan İnfeksiyalardan ve HİV-den qoruyan yegane üsuldur * Hamilelik ve infeksiyaların qarşısının alınmasında kişilerin iştirakını temin edir. * Apteklerden asanlıqla almaq mümkündür * Cinsi hezzi artırır, çünki hamile qalmaq ehtimalı, Cinsi Yolla Yoluxan İnfeksiyalar ve HİV-e yoluxma tehlükesi olmur. * Hekim teyinatı olmadan istifade edile biler
---
Kişi kondomundan kim istifade ede biler?

Bütün cütlükler prezervativden istifade ede biler. Cinsi Yolla Yoluxan İnfeksiyalar ve ya HİV-e yoluxma ehtimalı yüksek olan kişi ve qadınlar üçün prezervativler en münasib üsuldur.
---
Kişi prezervativi nece istifade edilmelidir?

1. İstifade etmezden evvel yararlılıq müddetini ve istehsal tarixini yoxlayın. prezervativler istehsal olunduğu günden etibaren 3 il erzinde istifade oluna biler.
---
2. Prezervativ bağlamasını ehtiyatla açın.
---
3. Prezervativin ucunu sıxın (havanın xaric olması üçün) ve onu qerilmiş kişi cinsiyyet üzvünün ucunda yerleşdirin.
---
4. Prezervativi kişi cinsiyyet üzvünün esasına qeder açın.
---
5. Sperma ifrazından sonra kişi cinsiyyet üzvü yumşalmazdan evvel prezervativi onun esasında sıxın ve penisi uşaqlıq yolundan çıxarın. Bunu ehtiyatla edin ki, sperma uşaqlıq yoluna sızmasın.
---
6. İstifadə olunmuş prezervativi düyünləyin və zibil qutusuna atın.
---
Prezervativin sürüşkənliyini artırmaq üçün bitki yağı, uşaq kremləri, vazelin və ya dəri losyonlarından istifadə etməyin. Onlar kondomun asanlıqla zədələnməsinə səbəb ola bilər.
---
Prezervativden istifade zamanı elave tesirler müşahide oluna bilermi?

Xeyr. Lakin nadir hallarda latekse qarşı allergiya müşahide oluna biler.
---
Prezervativlerın çox vaxt keyfiyyetsiz olması ve tez-tez cırılması düzdürmü?

Xeyr, bu sehv fikirdir. Düzdür, istifadeçileri çox vaxt kondomun cırılması narahat edir. Lakin, düzgün istifade olunduqda prezervativ nadir hallarda cırılır.
---
Kişi prezervativlerı cinsi elaqe zamanı cinsi hezzi azaldırmı?

Bezi adamlar qeyd edir ki, prezervativler cinsi hezzi azaldır. Bir çoxları üçün ise eksine, prezervativler cinsi hezzi artırır. Çünki, kişilerin cinsi elaqeni yarımçıq dayandırmağa ehtiyac olmur. Hemçinin, hamile qalmaq ve ya Cinsi Yolla Yoluxan İnfeksiyalara ve HİV-e yoluxmaqla bağlı narahatlıqlar yaranmır.
---
Prezervativi nece almalı?

Bir çox ölkelerde normal qebul olunan prezervativler bezi müselman ölkelerinde hele de tam qebul edilmemiş qalır, esasen de müselman ölkelerinde aptekden prezervativ almaq olduqca çetin bir iş sayılır hele bir de satıcı xanım alıcı ise kişi olsa bu iş olduqca çetinleşir. ABŞ-da fealiyyet gösteren preservative.com saytı esasen prezervativ alarken en çox istifade olunan behane ve yalanları araşdırmışdır. Satıcıya bir dostuma alıram demek Prezervativ aldığı belli olmasın deye onunla beraber başqa lazımsız şeyler de almaq Alarken prezervativ sözünü başqa sözle evez etmek bu zaman satıcı sizi başa düşmese daha gülünc veziyyete düşersiniz. en çox istifade edilen üsul ise kişi satıcısı ve kenar bir yerde olan aptek axtarmaqdır. Maraqlı fakt: Rusiya metbuatına istinaden qeyd etmek olar ki, çinli kişilerin 70%-i «tehlüksiz seks» anlayışını qebul etmir. İkinci yerde çexler (58%), üçüncü pillede ise britaniyalılar (34%) gelir. Seks zamanı tehlükesizliyinin qeydine en çox qalanlar ise fransızlardır. Fransada kişilerin cemi 9%-i prezervativden istifadeye «dırnaqarası» baxır.

Gozel.Az