Erli xanımların texminen yarısının özlerini narahat ve naqolay hiss etmelerinin ilkin sebeblerinden biri tapılıb. Sen deme, qadınların özlerini izafi çekili saymaları onların libidosunu ve ehtirasını xeyli azaldır, yataqda “buz”a dönderir. Bele qadınlar özlerini “çox kök” sanır, beden ölçüsüne reğmen, “gombul” olduqlarını düşünürler. Sizce bu hiss yanlışdır, yoxsa acı reallıq?

Sualın cavabını Britaniyanın meşhur psixoloq ve seksapatolorqları olan Haydi Makqir, Eli İnes, Pola Rosdol ve Cemayma Sleyd araşdırıblar. Onların hamısını etli-canlı, dolğun vücuda malik xanımlardır. 53 yaşlı Pola evlidir, erinin de 62 yaşı var. “Tecrübelere başladıq ve hiss etdim ki, güzgüye baxanda ruhdan düşmüş, özünden bedgüman bir qadın görürem. Hetta cavan ve daha arıq görünmek üçün tez-tez qarnımı içeri çekdiyimin ferqine de vardım. Sözün açığı, bedenime baxanda onu deyişmek isteyirdim. Ərimin mene “sen gözelsen” demeyinin de heç bir xeyri yoxdu, çünki izafi çeki mene emellice ezab verirdi. Özümü pis hiss edir, yataqda erime “bu gün yox!” deyirdim”, – Londonun cenub-qerbinde, Uimbldonda yaşayan Pola Rosdol söyleyib. Onun sözlerine göre, tecrübe zamanı anlayıb ki, qadınların tam ekseriyyeti cemiyyetdeki “gözel qadın” idealına uyğun olmaq üçün elden-ayaqdan düşür, böyük sey gösterirler. Psixoloq Cemima Sleyd ise hesab edir ki, qadınlar izafi çekili olduqlarını düşünmemelidir. “Qadın her halında gözeldir ve bunu anlamayan xanımlar sürekli olaraq diskomfort içinde qalırlar. Ona göre de çekinizi esla düşünmeyin, özünüze derd etmeyin”, – C.Sleyd deyib.

Gozel.Az